Türkiyə-Şimali Makedoniya arasında  bir çox sahədə  əməkdaşlıq başladılır

Türkiyə-Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın başlaması üçün lazımlı işlərin aparılmasına start verilib.

1270408
Türkiyə-Şimali Makedoniya arasında  bir çox sahədə  əməkdaşlıq başladılır

Şimali Makedoniyanın kənd, meşə və su təsərrüfatı işləri üzrə naziri Trayan Dimkovski mövzu ilə bağlı Anadolu Agentliyinə açıqlama verib. Nazirin sözlərinə görə Türkiyə nümayəndə heyətinin Makedoniyanı ziyarəti zamanı reallaşan danışıqlarda həm Türkiyə həm də özlərinin əməkdaşlığa hazır olduqlarını səsləndirdiklərini vurğulayıb. İki ölkə arasında güclü əlaqələrə diqqət çəkən nazir Dimkovski Şimali Makedoniyada çox sayda Türk investorun olduğunu bunun da iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. İki ölkə iş adamları arasında əməkdaşlığın hər ötən gün gücləndiyini ifadə edən Dimkovski, ölkə rəsmilərinin bu iş adamlarına dəstək verdiklərini hiss etdirəcək açıqlamalar vermələrinin lazım gəldiyini, ölkədəki investisiya və istehsal həcmini artırmaq istədiklərini bildirib. Gələcək dövrdə həm istehsalın, həm də ticarətin artacağına inandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr