Liderlərin zirvə yığıncağından əvvəl ikitərəfli görüşlər keçirilir

“Türkiyə-Rusiya-İran üçtərəfli zirvə” yığıncağı prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə bu gün paytaxt Ankarada keçiriləcək.

1270360
Liderlərin zirvə yığıncağından əvvəl ikitərəfli görüşlər keçirilir
putin-erdogan.jpg
ruhani-erdogan2.jpg
ruhani-erdogan1.jpg
ruhani-erdogan.jpg

“Türkiyə-Rusiya-İran üçtərəfli zirvə” yığıncağı prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə bu gün paytaxt Ankarada keçiriləcək.

Prezident Aparatının mətbuat xidmətindən həmin mövzuyla bağlı verilən açıqlamada “İdlib başda olmaqla Suriyadakı vəziyyətin  qiymətləndirilməsi, toqquşma mühitinə son qoyulması, qaçqınların könüllü geri qayıtmaları üçün vacib olan şərtlərin təmin edilməsilə daimi bir sülh yolunun təmin edilməsi məqsədilə göləcək dövrdə atılacaq birgə addımların müzakirə olunacağı” bildirilmişdi.

Prezident Ərdoğan yığıncaqdan əvvəl Çankaya Köşkündə liderlərlə təkbətək görüşlər keçirir.

İlk olaraq İran prezidenti Ruhani ilə təkbətək görüş keçirən Ərdoğan daha sonra Rusiya prezidenti Putin ilə görüşüb.

Putin və Ruhani də ikitərəfli görüş keçirib.

Təkbətək görüşlərdən sonra “Üçtərəfli” sammit keçiriləcək.

Ərdoğan, Putin və Ruhani Suriyadakı vəziyyəti müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr