Türkiyə Özbəkistanı dəstəkləyir

Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda yazılır...

1269678
Türkiyə Özbəkistanı dəstəkləyir

  Türkiyə Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Keneşi) tam üzv olmasından məmnunluq duyduğunu bildirib.

  Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda yazılır:

  “Özbəkistanın Türk Şurasının qurucu müqaviləsi - Naxçıvan Sazişinə daxil olması üçün lazımi daxili səsvermə prosesi başa çatıb. Proseslə bağlı təminatçı ölkə Türkiyənin Xarici İşlər Nazirliyinə məlumat verilib. Naxçıvan Sazişi müvafiq maddəyə əsasən Özbəkistan üçün 14 oktyabr 2019-cu il tarixindən qüvvəyə minəcək.

  Dost və qardaş ölkə Özbəkistanın Türk Şurasında tamhüquqlu üzv kimi iştirakı türk dünyasının həmrəyliyini daha da möhkəmləndirəcək, xalqlarımızın ortaq rifahı üçün qurulan iş birlikləri və əlaqələlər bundan sonra da güclənəcək.

  Türkiyə Özbəkistanın Türk Keneşinə tam üzv olmasından duyduğu məmnunluğu bir daha ifadə edir".



Әlaqәli Xәbәrlәr