Fuad Oqtay Suriya ilә bağlı Koordinasiya Yığıncağına sәdrlik edib

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Suriya mәsәlәsi ilә bağlı keçirilәn  Koordinasiya Yığıncağına sәdrlik edib.

1268493
Fuad Oqtay Suriya ilә bağlı Koordinasiya Yığıncağına sәdrlik edib

 

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Suriya mәsәlәsi ilә bağlı keçirilәn  Koordinasiya Yığıncağına sәdrlik edib.

Prezident İqamәtgahında keçirilәn yığıncaqda müvafiq nazirlәrin müavinlәri, Prezident Aparatı, Milli Kәşfiyyat İdarәsi, Fövqәladә Hallar İdarәsi, Qızıl Aypara Cәmiyyәti vә Dini İşlәr üzrә İdarәnin nümayәndәlәri iştirak ediblәr.

Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz bölgəylә bağlı hazırlıqların müzakirə edildiyi yığıncaqda  nazirliklər və müvafiq qurumların ‘‘Fərat Qalxanı’’ və ‘‘Zeytun Budağı’’ әmәliyyatları ilә  terrordan təmizlənən bölgələrdəki fəaliyyətləri müzakirə olunub.

Yığıncaqda çıxış edәn Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay nazirlik və qurum rəsmilərinin bölgədə apardığı fəaliyyətləri, hazırlıqları vә görülәcәk tәdbirlәri qiymәtlәndirib.



Әlaqәli Xәbәrlәr