Türkiyə Netanyahunun açıqlamasına sərt reaksiya verdi

Türkiyə İsrail baş naziri Binyamin Netanyahunun İordaniya vadisini ilhaq edəcəyi ilə bağlı açıqlamasının heç vaxt qəbul edilə bilməyəcəyini bildirdi.

1267716

 Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Netanyahunun İordan çayının qərb sahilindəki İordaniya vadisi və qeyri-qanuni məskunlaşma sahələrini ilhaq edəcəyi ilə bağlı açıqlamasına reaksiya göstərildi.

Bəyanatda: "Bu, qeyri-qanuni "fait accompli" təşəbbüsü heç vaxt qəbul edilə bilinməz. Beynəlxalq ictimaiyyəti İsrailin hüququn əsas prinsiplərini çəkinmədən ayaqlar altına atmasına reaksiya verməyə çağırırıq" deyildi.
 
 Nazirliyin bəyanatında Türkiyənin qardaş Fələstin xalqının yanında dolmağa və Fələstin dövlətinin haqlı müstəqillik mübarizəsini bütün gücü ilə dəstəkləməyə davam edəcəyi də ifadə edildi.

Әlaqәli Xәbәrlәr