Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin Qəndilə birgə əməliyyatı

Milli Kəşfiyyat Təşkilatı (MKT) və Türkiyə Silahlı Qüvvələri (TSQ) 19 avqustda terror təşkilatı PKK-nın Qəndildəki təlim fəaliyyətləri üçün istifadə etdiyi birbinaya birgə əməliyyat təşkil etdi.

1267509
Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin Qəndilə birgə əməliyyatı

Milli Kəşfiyyat Təşkilatı (MKT) və Türkiyə Silahlı Qüvvələri (TSQ) 19 avqustda terror təşkilatı PKK-nın Qəndildəki təlim fəaliyyətləri üçün istifadə etdiyi bir binaya birgə əməliyyat təşkil etdi.

MKT və TSQ-nın İraqın Qəndil bölgəsinə həyata keçirdiyi birgə əməliyyatda məhv edilən binada qırmızı kateqoriyada axtarışda olan dırnaqarası PKK/KCK icra heyəti şurasının üzvü “Pelin Tolhildan” kod adlı Gülüzar Tural ilə qadın təşkilatlanmasının dırnaqarası ən yüksək qərar orqanı icra heyətinin üzvü "Jiyan Qarzan" kod adlı Saliha Kaytarın da olduğu müəyyən edilib.

Turalın təşkilata 1993-cü ildə qoşulduğu, bir dövr Ərzincan-Tunceli bölgəsində fəaliyyət göstərdiyi və təxribatçılıq təlimi keçdiyi öyrənilib.

Terorrçu Kaytarın isə Rusiyada fəaliyyət göstərdiyi 2011-ci ilin mart ayında Qəndilə getdiyi və təşkilatın quruluşunda PKK/KCK icra heyəti şurasında yer aldığı məlum olub.



Әlaqәli Xәbәrlәr