"Kıbrıs mövzusunda qırmızı xəttlərimiz var", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Kıbrıs mövzusunda Türkiyənin və Kıbrıs Türklərinin qırmızı xətti olduğunu söylədi.

1266838
"Kıbrıs mövzusunda qırmızı xəttlərimiz var", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Kıbrıs mövzusunda Türkiyənin və Kıbrıs (Kipr) Türklərinin qırmızı xətti olduğunu söylədi.

Çavuşoğlu paytaxt Ankarada səfərdə olan Qaradağın (Çernoqoriya) xarici işlər naziri Srdjan Darmanoviç ilə ikitərəfli və heyətlər arasında keçirilən görüşlərdən sonra birgə mətbuat kofransı təşkil etdi.

Çavuşoğlu Kıbrıs məsələsinə toxunaraq dedi ki, Türkiyə heç bir seçimi gözdən yayındırmadığını və başqa seçimlərin də nəzərdə tutulmasının vacibliyini daha əvvəl də açıqladı. Nəticə əldə ediləcək müzakirələrin keçirilməsi və müzakirələrə dair çərçivə sənədinin dəqiq olması da vacibdir. Bizim və Kıbrıs Türkü üçün həssas olan və vaz keçilməz olan qırmızı xəttlər var. Bunların ən əhəmiyyətli əsası isə siyasi bərabərlikdir, fəal iştirakdır və iki icmadan növbə ilə prezident olmasıdır. Bunların da əvvəldən dəqiq tərzdə müəyyənləşdirilib mübahisədən kənara çıxarılması lazımdır.

Nazir Çavuşoğlu Türkiyənin hər zaman həlli təsdəklədiyini vurğulayaraq, “Bundan sonrakı müzakirə isə nəticə əldə ediləcək şəkildə və dəqiq bir çərçivə ilə olmalıdır ki, daha bir uğursuzluğa Türkiyə olaraq da Kıbrıs Türk tərəfi olaraq da dözə bilmərik. Söz olsun deyə müzakirəyə başlamağın da bir mənasının olmadığını düşünürük” deyə qeyd etdi.



Әlaqәli Xәbәrlәr