Türkiyə-Yaponiya arasında əlaqələr çoxtərəfli inkişaf etdirilir

İstanbul və Yaponiya arasındakı reys sayını gündəlik 1-dən 4-ə qədər artırmağı planlayırıq. Bunun Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ərsoy deyib.

1265907
Türkiyə-Yaponiya arasında əlaqələr çoxtərəfli inkişaf etdirilir

Nazirlikdən yayılan açıqlamaya görə, Ərsoy, Eskişehirdə baş tutan yığıncaqda Yaponiyanın turizm agentlikləri, media, iş, elm və sənət nümayəndələri ilə bir araya gəlib. Nazir yığıncaqda Türkiyəyə Yaponiyadan gələn illik turist sayının 2023-ci ilə qədər 500 minə yüksəltməyi planladıqlarını, bunun üçün lazımlı addımların atılacağını vurğulayıb. "2019 Yaponiyada Türk Mədəniyyət İli" münasibətilə təşkil etdikləri tədbirlərin səmərəli olduğuna diqqət çəkən nazir bu çərçivədə topqapıdakı bəzi əsərlərin Yaponiyada sərgiləndiyini, bunun isə Türkiyənin təqdimatına böyük töhfə verdiyini bildirib.

İki ölkə arasında birbaşa reys sayının artırılmasıyla turist sayında artım qeydə alındığını ifadə edən Ərsoy, 2020-ci ilin aprel ayından etibarən Yaponiya hökumətinin dəstəyilə Türk Hava Yollarının Tokio beynəlxalq hava limanı “Hanedaya” uçuşlarına əlavə eniş-uçuş icazəsinin veriləcəyini, həmçinin iki ölkə arasında hazırda gündə bir dəfə reallaşan uçuş sayının 2020-ci ilin ikinci yarısından tutmuş gündə 4-ə qalxacağını vurğulayıb.

Mədəniyyət və Turizm naziri Ərsoy Yaponiyada Türkiyənin təqdimatına dair müxtəlif tədbirlər keçiriləcəyini, bu çərçivədə Yaponları Türkiyəyə dəvət edəcəklərini, onlara ölkənin tarixi və arxeoloji abidələrini yaxından görmələrinə imkan yaradılacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr