Rəcəb Tayyib Ərdoğan qaçqın mәsәlәsini qiymәtlәndirib

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyada yaradılacaq  tәhlükәsiz bölgәyә azı 1 milyon insan yerlәşdirilәcәk.

1265426
Rəcəb Tayyib Ərdoğan qaçqın mәsәlәsini qiymәtlәndirib

 

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyada yaradılacaq  tәhlükәsiz bölgәyә azı 1 milyon insan yerlәşdirilәcәk.

Rәcәb Tayyib  Ərdoğan  Eskişehir vilayətində hakim Ədalət və İnkişaf Partiyasının üzvləri ilə keçirilən tədbirdə çıxış edib.

‘‘Hazırda gündәmimizdә Fәrat çayının şәrqı var. Bu mәsәlәni dә bir neçә hәftәyә mütlәq hәll etmiş olacağıq’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

Sentyabrın 21-22-dәn sonra Amerika Birləşmiş Ştatlarına sәfәr edәcәyini vә  Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində iştirak edəcəyini bildirən Ərdoğan burada ABŞ prezidenti Donald Trampla görüşәcәyini  və Fəratın şərqində atılacaq addımları müzakirә edәcәklәrini vurğulayıb.

Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Türkiyә indiyәdәk qaçqınlara tәxminәn 40 milyard dollar xәrclәdi. Avropa İttifaqı Türkiyәyә bu mәsәlәdә yalnız 3 milyard dollar dәstәk verdi.Bu mövzunu  yalnız bizmi düşünәcәyik? 350 min suriyalını yaratdığımız tәhlükәsiz bölgәyә yerlәşdirdik. Bu mәsәlәni bәrabәr hәll edәk desәk dә, bunu etmәdilәr. Biz bu addımı atmaq mәcburiyyәtindәyik. Tәhlükәsiz bölgә yaradıldıqda azı bir milyon suriyalı bu bölgәyә yerlәşdirilәcәk’’.

Diyarbəkirdə separatçı terror təşkilatı PKK-nın oğurladığı gənclərin analarının keçirdiyi etiraz aksiyasına da toxunan  Ərdoğan bildirib ki, analar övladlarını separatçı terror tәşkilatından xilas etmәk üçün dastana bәnzәr mübarizә aparırlar.



Әlaqәli Xәbәrlәr