“Türkiyə qaçqınların düşərgə yeri deyil”, F.Oqtay

Türkiyə suriyalı qaçqınlar üçün Avropa ilə sərhədlərin açılması məsələsində blef etmir.

1264973
“Türkiyə qaçqınların düşərgə yeri deyil”, F.Oqtay

Türkiyə suriyalı qaçqınlar üçün Avropa ilə sərhədlərin açılması məsələsində blef etmir.

Fuad Oqtay bunu İtaliyanın Cernobbio şəhərində keçirilən “45-ci Ambrosetti Forumu”nda iştirakı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Avropanın təhlükəsizliyi üçün suriyalı qaçqınları öz ərazisində məskunlaşdırmaq məcburiyyətində deyil.

Vitse-prezidentin sözlərinə görə, Türkiyə bundan sonra Avropaya getmək istəyən qaçqınların qarşısını almayacaq.

Oqtay ötən gün prezident Rəcəb Tayyib Ərdoğan ölkənin Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazır olduğu ilə bağlı sözlərinə toxunaraq, bunun  nə bir təhdid nə bir blef olmadığını, həqiqə olduğunu deyib.

Fuad Oqtay “Necə olsa yeni bir qaçqın dalğası yaransa Türkiyə buna qucaq açacaqdır yanaşması və rahatlığı qətiyyətlə səhv yanaşmadır” ifadələrini işlədib.

Rusiya prezidenti Vladimir Putinin Türkiyənin G7 ölkələrinə qoşulsun təklifilə əlaqədar Oqtay, Türkiyə mövzuya qərb-qərb yaxud da fərqli blok cəhətindən baxmır, özünün maraqları istiqamətindən yanaşır” deyə bildirib.  



Әlaqәli Xәbәrlәr