PKK-nın oğurlayıb dağa apardığı oğullarını təlb edən anaların etiraz aksiyasına dəstək davam edir

Terror təşkilatı PKK-nın oğurlayıb dağa apardığı oğlunu geri ala bilmək üçün oturaq etiraz aksiyası başladan və 4 günlük aksiya nəticəsində  oğlunu terrorçulardan qaytaran Hacirə Akar ilə başlayan reaksiyalar günü-gündən artır.

1265043

PKK tərəfindən uşaqları oğurlanaraq dağa aparılan anaların oturaq etiraz aksiyalarına qoşulan  ailə sayı 11-ə çıxıb.

Ana Aysel Koyun, oğlu Nəşat Koyunun 4 il 7 ay 21 gün əvvəl oğurlandığını söyləyərək, Xalqların  Demokratik Partiyasının  (HDP) Diyarbəkir Vilayət Rəhbərliyi binasının qabağındakı oturaq etiraz aksiyasına qoşulub.

Ailələr uşaqlarının oğurlanıb dağa aparılmasında HDP-nin vasitəçi olduğunu deyirlər.

Oturaq etiraz aksiyasını davam etdirən analar HDP-yə reaksiyalarını dilə gətirərək, oğurlanıb dağa aparılan uşaqlarını tələb edirlər.

HDP binasının qabağında oturaq etiraz aksiyası keçirən ailələr günü-gündən artarkən, onlara dəstək də artaraq davam edir.

Bölgədə yaşayan xalq başda olmaqla xeyli sayda adam ailələrə ərzaq və s. gətirir.

Әlaqәli Xәbәrlәr