İbrahim Kalın ilə Con Bolton nələrdən danışdılar?

Prezident Aparatının mətbuat katibi İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə Türkiyə-ABŞ əlaqələri və regional məsələlərin müzakirə olunduğu telefon danışığı keçirib.

1263879
İbrahim Kalın ilə Con Bolton nələrdən danışdılar?

Prezident Aparatının mətbuat katibi İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə Türkiyə-ABŞ əlaqələri və regional məsələlərin müzakirə olunduğu telefon danışığı keçirib.

Prezident Aparatının Mətbuat Katibliyindən verilən açıqlamaya görə, Kalın və Bolton arasındakı telefon danışığında Suriyadakı vəziyyət, təhlükəsiz bölgənin qurulması, terrorla mübarizə, ABŞ ilə ikili ticarət əlaqələri və Liviyadakı son vəziyyət müzakirə olunub, prezident Ərdoğanın Trampla ən son telefon danışığında müzakirə olunan mövzuların detallarından da danışılıb.

BMT-nin Baş Assambleyası çərçivəsində Ərdoğanın 22-25 sentyabrda ABŞ-ın Nyu-York şəhərinə edəcəyi səfər çərçivəsində iki liderin görüşü də müzakirə edilən mövzulardan olub.

Suriyanın şimalında qurulacaq Təhlükəsiz bölgə üçün atılacaq addımlara sürət qazandırılması, İdlib razılaşmasının qorunması, Konstitusiya Komissiyasının təcili tamamlanması mövzularının ətraflı şəkildə müzakirə olunduğu telefon danışığında yarana biləcək humanitar faciələrin və yeni qaçqın axınlarının qarşısını alacaq tədbirlərin həyata keçirilməsi barədə qətiyyətli mövqe də dilə gətirilib.

Telefon danışığında Türkiyə və ABŞ birgə hərəkət planının ləngidilmədən həyata keçirilməsi mövzusunda Türkiyə tərəfinin hazırlıqlarını tamamladığı bildirilib.

ABŞ-ın ticarət naziri Vilbur Rosun Türkiyəyə edəcəyi səfərinin və hədəf götürülən 100 milyard dollarlıq ticarət həcminin iki ölkə arasındakı ticarət əlaqələrinə qazandıracağı sürətin əhəmiyyəti də telefon danışığında vurğulanıb.



Әlaqәli Xәbәrlәr