"Ehtiyacımız olan dəstək verilmədi", R.T Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması barədə lazım olan dəstəyin verilmədiyini söylədi.

1263430
"Ehtiyacımız olan dəstək verilmədi", R.T Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması barədə lazım olan dəstəyin verilmədiyini söylədi.

Prezident Ərdoğan Ankaraya rəsmi səfərə gələn Çexiyanın baş naziri Andrey Babiş ilə təkbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirdi.

Konfransda Suriyanın şimalındakı təhlükəsiz bölgə mövzusunda verilən vədlərin yerinə yetirilmədiyini qeyd edən Ərdoğan Türkiyəyə istiqamətli ola biləcək təhdidlərə qarşı atılması vacib olan addımların atıldığını ifadə edərək, "İndi təhlükəsiz bölgəni özləri gündəmə gətirirlər. Addım atanda da qarşımızda heç kimi tapa bilmirik və hazırda yalnız təhlükəsiz bölgənin sadəcə adı qaldı, bundan başqa bir şey deyil." dedi.

Ərdoğan Suriyanın İdlib şəhərindəki insanlıq faciəsinə də toxunaraq dedi:

“İdlib yavaş-yavaş yox edilir. Bütün bunların qarşısında səssiz qalmaq qeyri-mümkündür. Rusiya ilə görüşlər keçirdik, hələ də davam edir görüşlər. Qarşımızda Rusiya-Türkiyə-İran görüşümüz var. Bu ay ərzində yenidən görüşlər keçiriləcək. Amma hədəfimiz Cenevrədən əvvəl bəzi addımların atılmasıdır.”

Prezident Ərdoğan miqrantlar məsələsi barədə isə bildirdi ki, Avropa İttifaqı (Aİ) bu mövzuda verdiyi vədləri yerinə yetirmədi. Türkiyənin indiyədək qoyduğu sərmayə 40 milyard dollara yaxındır. Lakin Aİ-nın dəstəyi 3 milyard avro belə olmadı. Addımlar atırıq deyib baş qatırlar. Türkiyə 4 milyon insana hər şərtdə köməklik göstərir və göstərməkdə davam edəcək.

Çexiyanın baş naziri Andrey Babiş də prezident Ərdoğanın Suriyada təhlükəsiz bölgəyə dair həll təklifini müsbət qarşıladıqlarını bildirərək, “Burada Türkiyə bizə pul göndərilsin deyə deyil, bir bölgə qurulsun, məktəblər, evlər tikilsin, sərmayə qoyulsun deyir” deyə söylədi.

Türkiyənin Çexiyanın əhəmiyyətli tərəfdaşı və NATO çərçivəsində müttəfiqi olduğunu bildirən Babiş iki ölkə arasında qarşılıqlı ticarət həcminin artırıla biləcəyini vurğuladı.

Ərdoğan-Babiş görüşündə həmçinin iki ölkə əlaqələri və regional mövzular qiymətləndirildi.



Әlaqәli Xәbәrlәr