Avqust ayında 117 terrorçu zərərsizləşdirildi

Türkiyədə avqust ayında həyata keçirilən antiterror əməliyyatları nəticəsində 10-u dırnaqarası yüksək səviyyəli idarəçi olmaqla 117 terrorçu zərərsizləşdirildi.

1263731

Daxili işlər nazirinin müavini İsmayıl Çataklı aylıq məlumatlandırma toplantısında etdiyi çıxışda bildirdi ki, avqust ayında şəhər ətrafı ərazilərdə 3 böyük, 6-sı orta səviyyəədə olmaqla cəmi 10 min 800, şəhərlərdə isə 895 əməliyyat həyata keçirildi. Həyata keçirilən antiterror əməliyyatları nəticəsində 10-u dırnaqarası yüksək səviyyəli idarəçi olmaqla 117 terrorçu zərərsizləşdirildi. Onlardan biri narıncı, 7-si isə boz kateqoriyada axtarışda idi.

Ayrıca Daxili İşlər Nazirliyinin açıqlamasında 17 avqustda Hakkari, Şırnak və Van vilayətlərində 2 min 300 personalın iştirakı ilə “Kıran-1” əməliyyatının başlandığı, sonra Şırnak, Mardin və Batman vilayətlərində min 500 personalın iştirakı ilə başlanan “Kıran- 2” əməliyyatının hələ də davam etdiyi bildirilib.

Açıqlamada “Kıran” əməliyyatları çərçivəsində 12 terrorçunun zərərsizləşdirildiyi də qeyd olunub.

Әlaqәli Xәbәrlәr