Ankarada Rusiya və İranın iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək

Prezident Aparatının sözçüsü İbrahim Kalın prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında 16 sentyabrda paytaxt Ankarada Rusiya və İranın iştirakı ilə üçtərəfli zirvə toplantısının təşkil ediləcəyini bildirdi.

1262322
Ankarada Rusiya və İranın iştirakı ilə üçtərəfli zirvə toplantısı keçiriləcək

Prezident Aparatının sözçüsü İbrahim Kalın prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında 16 sentyabrda paytaxt Ankarada Rusiya və İranın iştirakı ilə üçtərəfli zirvə toplantısının təşkil ediləcəyini bildirdi.

Kalın bununla bağlı məlumatı Konya şəhərində keçirilən mətbuat kofransında verib.

Suriyanın İdlib gərginliyi azaltma bölgəsində mülki vətəndaşlara yönəldilmiş hücumlara toxunan Kalın mövzuyla bağlı prezident Ərdoğanın keçən həftə Rusiyada prezident Vladimir Putin ilə görüşdüyünü xatırladıb.

Bu görüşdə İdlibdə baş verənlərin ətraflı şəkildə müzakirə edildiyini bildirən Kalın deyib:

“Ayın 16-da Ankarada cənab prezidentimizin başçılığında Türkiyə, Rusiya və İranın üçtərəfli zirvə toplantısı keçiriləcək. Bizim gözləntimiz cənab prezidentin Putinə də çatdırdığı məlumat keçən il qəbul edilən İdlib razılaşmasının eynilə tətbiq edilməsidir. Çünki İdlib deeskalasiya bölgələrindən biri olaraq, Türkiyə və Rusiyanın zaminliyində, təhlükəsizliyi təmin olunan, sərhədləri müəyyən edilmiş bir bölgədir. Rejimin torpaq əldə etməsi məqsədilə “terrorçu ünsürlər var” bəhanəsilə etdiyi hücumları dərhal dayandırmalıdır. Əks təqdirdə İdlibdə yeni bir insanlıq faciəsinin yaranması qaçılmaz olacaq və İdlib razılaşması təhlükə ilə üzləşəcəkdir”.

Rusiyanın və İranın lazım olan təlqinləri Suriya rejiminə də etməsini gözlədiklərini ifadə edən Kalın “Ayın 16-da keçiriləcək zirvə toplantısında da bu mövzu ətraflı şəkildə müzakirə olunacaq. Əsasən yekun olaraq həll Suriyada siyasi prosesin ləngidilmədən həyata keçirilməsidir. Bunun üçün konstitusiya komissiyasının, keçid   hökumətinin qurulması və seçkilərin keçirilməsi mövzuları var. Bunları həyata keçirmək üçün Prezidentimizin başçılığında fəaliyyətlərimiz bundan sonra intensiv şəkildə davam edəcək” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr