Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə ziyafət verib

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan  30 Avqust Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibətilə  Prezident İqamәtgahında ziyafət verib.

1261397
Rəcəb Tayyib Ərdoğan  30 Avqust Zəfər Bayramı münasibətilə ziyafət verib
erdogan-bahceli.jpg
erdogan.jpg
erdogan.jpg

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan  30 Avqust Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibətilə  Prezident İqamәtgahında ziyafət verib.

Prezident İqamәtgahının ‘‘hovuzlu hәyәt’’ adlandırılan hissəsində tәşkil edilәn ziyafətə prezident Rәcәb Tayyib Ərdoğan xanımı  Əminə Ərdoğanla qatılıb.

Ziyafәtdәn әvvәl  Prezident Aparatı tәrәfindәn 30 Avqust Zəfər Bayramı və  Silahlı Qüvvələr Günü ilә bağlı hazırlanan qısametrajlı  film nümayiş olunub. Filmdә  Malazgirt Qələbəsi, Qurtuluş Savaşı və 15 İyula şәhid olanların әziz xatirәlәri yad edilib. Ziyafәt çәrçivәsindә oxunan Quranı-Kәrimdәn sonra Türkiyә prezidenti çıxış edib.

Daha sonra Rәcәb Tayyib Әrdoğan vә xanımı Әminә Әrdoğan  Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şәntop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı, İyi Partiyanın sәri Meral Akşənər, Vәtәn Partiyasının sədri Doğu Perinçәk, keçmiş baş nazir Tansu Çillər, həyat yoldaşı Özər Çillərlə və şəhid ailәlәri ilә  bir müddət söhbət edib, xatirə şəkili çəkdirib.

Rәcәb Tayyib Әrdoğan hәmçinin ziyafətә qatılan milli müdafiə naziri Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qoşunları komandanı, ordu generalı Ümid Dündar ilə də bir müddət söhbət edib.

Rəcəb Tayyib Ərdoğan milli idmançılarla da xatirə şəkili çəkdirib.

Ziyafәtdә hәmçinin Türkiyә prezidentinin kömәkçisi  Fuad Oqtay, Böyük Birlik Partiyasının sədri  Mustafa Destici, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Köksal Toptan, keçmiş baş nazirlər Yıldırım Akbulut, Tansu Çillər, Prezident Kabinetinin  üzvləri, millət vəkilləri, ali məhkəmə orqanlarının rəhbərləri, Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri  Fəxrəddin Altun, Prezident Aparatının sözçüsü İbrahim Kalın, Prezident Aparatının Mədəniyyәt  və İncәsәnәt  Siyasətləri Assambleyasının üzvü və kino aktrisa  Hülya Koçyiğit,  bürokratlar ilə çox sayda rәsmi şәxs iştirak edib.

Şəhid ailәlәri  və veteranların də iştirak etdiyi ziyafәtә  mətbuat orqanlarının  nümayəndələri, yazıçılar, bəzi ölkələrin Ankaradakı səfirləri, alimlər və qeyri-hökumət təşkilatının nümayəndələri də qatılıblar.



Әlaqәli Xәbәrlәr