Norveçdә sәfәrdә olan Mövlud Çavuşoğlu gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Norveçdә sәfәrdә olan Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu  Suriyadakı son vəziyyətlə bağlı әhәmiyyәtli  açıqlamalar verib.

1261342
Norveçdә sәfәrdә olan Mövlud Çavuşoğlu gündәmdәki aktual mövzuları qiymәtlәndirib

 

Norveçdә sәfәrdә olan Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu  Suriyadakı son vəziyyətlə bağlı әhәmiyyәtli  açıqlamalar verib.

Norveç Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edәn Mövlud  Çavuşoğlu deyib: "Suriya böhranına  siyasi həll yolu tapdıqda  Türkiyә əsgərlәri  ölkədən çıxacaq, ancaq Suriya rejimi siyasi həllə inanmır".

Mövlud  Çavuşoğlu Rusiyanın  Suriya ordusunun Türkiyәnin  İdlibdeki müşahidə mәntәqәsinә  hücum etməyəcəyinә dair zәmanәt verdiyini bildirib.

Bəşər Əsəd rejimi və Rusiyanın İdlibә hücum etmәyә davam etdiyini  vurğulayan Türkiyәnin xarici işlər naziri bildirib ki, İdlibә endirilәn zәrbәlәr Avropaya yeni qaçqın axınının başlamasına sәbәb ola bilәr.

İngiltərənin azad etdiyi  İrana məxsus neft tankeri mәsәlәsinә də toxunan Mövlud Çavuşoğlu 130 milyon dollar mәblәğindә  xam neft daşıyan tankerin  iddia edildiyi kimi Türkiyəyə deyil, Livana getdiyini söyləyib.

İrana mәxsus "Adrian Dara" adlı neft  tankeri avqustun 18-də azad edilmişdi. Amerika Birləşmiş Ştatları  tankerә limanlarında lövbәr salmasına icazә verәn  ölkələri sanksiyalarla hәdәlәyirdi.

Mövlud Çavuşoğlu daha sonra Norveç xarici işlər naziri Ine Friksen Soreide ilə görüşüb. Görüşdәn  sonra keçirilən mətbuat konfransında çıxış edәn  Çavuşoğlu  ABŞ ilә F-35 böhranına toxunub.

Türkiyәnin xarici işlər naziri deyib: "ABŞ-dan F-35 almaq istəyirik. Ala bilmәsәk fərqli variantları qiymәtlәndirә bilәrik" .



Әlaqәli Xәbәrlәr