Türkiyə siyasətçiləri xalqı Zəfər bayramı münasibətilə təbrik etdilər

Türkiyədə Böyük Hücumun 97-ci ildönümündə başda Qazi Mustafa Kamal olmaqla, istiqlal mübarizəsinin bütün qəhrəmanları minnətdarlıqla yad edilir.

1260965

 Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bölüşdüyü ismarışında ordunun gücünü vurğulayaraq bunları yazdı: "Qazi Mustafa Kamal Atatürkün komandanlıq etdiyi Başkomandanlıq Meydan Müharibəsində xalqımız və ordumuz imkansız bir müvəffəqiyyət əldə edərək, başqa millətlərə nümunə olacaq bir qələbəyə imza atdı".

Şəntop Türk millətinin 1071-ci ildən günümüzədək mübarək, müqəddəs və əziz bir mübarizənin bayraqdarı olduğunu və  qəhrəmanlıqlarla dolu şanlı bir tarix yazdığını bildirdi.

 Ədliyyə naziri Əbdülhəmid Gül də bölüşdüyü ismarışda: "Millətimiz istiqlal və istiqbalımızı təhlükəyə atacaq heç bir xəyanətə, heç bir cəhdə yol və keçid verməyəcəyini 15 iyulda da sübut etdi" dedi.

Әlaqәli Xәbәrlәr