Türkiyə prezidenti xalqı Zəfər bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk xalqının dünən olduğu kimi bu gün də istiqlal və istiqbalı üçün canından əziz bildiyi vətəni uğrunda eyni fədakarlıqlıq və cəsarəti göstərməyə hazır olduğunu bildirdi.

1260996

 Prezident Ərdoğan 30 Avqust Zəfər bayramı münasibətilə yaydığı ismarışda  xalqı Türk millətinin şanlı tarixinin qızıl halqalarından biri olan 30 Avqust Zəfər bayramının 97-ci ildönümü münasibətilə təbrik etdi, Böyük Qələbənin 97-ci ilində millətə bu qələbəni bəxş edən İstiqlal Hərbinin Baş Komandanı Qazi Mustafa Kamal Atatürkü, Böyük Millət Məclisinin hörmətli üzvlərini və qəhrəman Türk ordusunun bütün əsgərlərini rəhmətlə, minnətdarlıqla yad etdi.

 Ərdoğan Türkiyədə, Şimali Kipr Türk Respublikasında  və dünyanın dörd bir tərəfində yaşayan Türk vətəndaşlarının hər birinin 30 Avqust Zəfər bayramını təbrik edərək bildirdi: "30 avqust tarixində qazanılan qələbə ilə millətimiz ona biçilən  əsarət köynəyini yırtıb artdı, nəyin bahasına olursa-olsun, müstəqilliyindən əl çəkməyəcəyini bütün dünyaya elan etdi. Son dövlətimiz Türkiyə Respublikasının da müjdəsi olan Böyük Zəfər tarixdən silinmək istənilən Türk millətinin yenidən şahə qalxmasının adıdır" dedi.

 Suriyanın şimalında, İraqda və Aralıq Dənizdinin şərqində Türkiyəyə qarşı qurulan bütün tələləri pozmaq əzmində olduqlarını qeyd edən Ərdoğan: "Millətimizin və Kipr Türklərinin haqlarının qəsb edilməsinə qətiyyən yol verməyəcəyik" deyə bildirdi.

Әlaqәli Xәbәrlәr