Türkiyədə 30 Avqust Zəfər bayramının 97-ci ildönümü ruh yüksəkliyi ilə qeyd olunur

30 Avqust Zəfər bayramının 97-ci ildönümü ruh yüksəkliyi və qürurla qeyd olunur.

1261114
Türkiyədə 30 Avqust Zəfər bayramının 97-ci ildönümü ruh yüksəkliyi ilə qeyd olunur

30 Avqust Zəfər bayramının 97-ci ildönümü ruh yüksəkliyi və qürurla qeyd olunur.
 
 Paytaxt Ankaradakı təbriklərin ilk ünvanı yenə Anıtqəbir oldu.
 
Prezident Rəcəb Tayyib Ərdoğan dövlət adamları ilə birlikdə böyük öndər Atatürkün mavzoleyini ziyarət etdi.
 
 Ərdoğan xatirə kitabına ürək sözlərini yazdı və təbrik nitqi ilə çıxış etdi.
 
Prezident çıxışında bunları söylədi: "Əziz Atatürk, bu gün böyük qələbənin 97-ci ildönümünü fəxrlə qeyd edirik. Tariximizin qızıl halqalarından biri olan böyük qələbənin qazanılmasında əvəzsis rol oynayan başda Zati-aliniz olmaqla, bütün komandanlarımızı, zabitlərimizi, əsgərlərimizi, millətimizin hər bir üzvünü minnətdarlıqla yad edirik. Əziz şəhidlərimizin fədakarlıqları üzərində yüksələn və bizə əmanət olan Respublikanı canımız bahasına qorumaq əzmindəyik. Milli gələcəyimizi hədəf alan təhdidlərə qarşı ölkə daxilində və sərhədlərimizdən xaricdə apardığımız amansız mübarizə bu əzmimizin sübutudur. Türkiyəni 2023-cü il hədəflərinə nail olmaq yolundan heç bir qüvvə döndərə bilməz. Ruhun şad olsun".
 



Әlaqәli Xәbәrlәr