Çavuşoğlu: "Respublikamızın banilərini və bütün şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirəm"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 30 Avqust Zəfər bayramının Türk xalqının istiqlalını və gələcəyini qorumaq məsələsindəki əzminin simvollarından biri kimi tarixdə yer tutduğunu bildirdi.

1261071

 Çavuşoğlu Türkiyənin Oslodakı (Norveç) səfirliyində keçirilən 30 Avqust Zəfər Bayramı ziyafətində iştirak etdi.
 
 Ziyafətə gələn qonaqlara ingilis dilində xitab edən Çavuşoğlu 30 Avqust Zəfərinin Türk milləti üçün əhəmiyyətindən danışdı, bu qələbə ilə torpaqların işğaldan xilas olduğunu və Respublikaya gedən yolun açıldığını vurğuladı.
 
 Bu qələbədən təxminən 100 il sonra Türkiyənin dünyanın 20 iqtisadiyyatı arasında qürurla yer alan güclü bir ölkə olduğunu ifadə edən Çavuşoğlu: "Ölkəmizi hər sahədə inkişaf etdirmək üçün çox işləməyə davam edəcəyik" dedi.
 
 Çavuşoğlu şəhid və qazilərin qəhrəman mübarizəsi ilə qazanılan Böyük Zəfərin 97-ci ildönümünün qeyd olunduğunu bildirərək: "Bu münasibətlə Qazi Mustafa Kamal Atatürk başda olmaqla, Respublikamızın banilərini və bütün şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirəm" dedi.

Әlaqәli Xәbәrlәr