Prezident Ərdoğanla Tramp arasında telefon danışığı olub

Prezidentlərin telefon danışığı zamanı Suriyadakı vəziyyəti və iki tərəfli münasibətləri müzakirə etdikləri bildirildi.

1260272
Prezident Ərdoğanla Tramp arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışdı.

Prezidentlərin telefon danışığı zamanı Suriyadakı vəziyyəti və iki tərəfli münasibətləri müzakirə etdikləri bildirildi.

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin məlumatına görə, Ərdoğan Fransada keçirilən G7 sammitində İran mövzusunda atılan addımlar ilə ABŞ-ın səfiri Devid Saterfildin vəzifəyə başlamasından duyduğu məmnuniyyəti dilə gətirib. İki lider ticarət həcminin 100 milyard dollara çıxarılması barədə qətiyyətli mövqelərini bir daha təsdiqləyiblər. İki dövlət başçısı həmçinin Suriyanın İdlib bölgəsində mülki şəxslərin təhlükəsizliyinin qorunması məsələsində razılığa gəliblər. Həmçinin növbəti humanitar böhranın yaşanmaması üçün əməkdaşlığı davam etdirməyə qərar veriblər.



Әlaqәli Xәbәrlәr