Milli müdafiə naziri Hulusi Akar 30 Avqust Zəfər bayramını təbrik etdi

Milli müdafiə naziri Hulusi Akar 30 avqust- Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri günü münasibətilə açıqlama verdi.

1260788
Milli müdafiə naziri Hulusi Akar 30 Avqust Zəfər bayramını təbrik etdi

Milli müdafiə naziri Hulusi Akar 30 Avqust Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri günü münasibətilə açıqlama verdi.

Açıqlamasında terrorla mübarizəni vurğulayan nazir Akar bildirdi ki, mübarizəmiz ən axırıncı terrorçu zərərsizləşdirənədək davam edəcəkdir.

Akar açıqlamasına “30 Avqust Zəfər bayramının 97-ci ildönümü ilə Türkiyə Silahlı Qüvvələri günü tədbirlərinin xoşbəxtliyi və həyəcanını yaşayırıq” sözlərilə başlayaraq, 97 il əvvəl Qazi Mustafa Kamal Atatürkün komandirliyindəki Türk ordusunun qələbəsinə diqqət çəkdi.

Hulusi Akar qəhrəman Türk ordusunun, əziz millətə əsarət zənciri vurmaq istəyənlərə qarşı, 26 avqust səhər radələrində Qazi Mustafa Kamal Atatürkün baş komandirliyində Kocatəpədən Afyon düzlüğünə güclü bir sel kimi axaraq, düşmən ordularını məğlub edib 30 avqustda zəfər qazandığını xatırlatdı.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin təsirli, daşındırıcı və etibarlı bir ordu olaraq dünyada təhlükəsizlik, sülh və sabitliyə töhfə verməkdə davam edəcəyini də vurğulayaraq, “ Başda FETÖ, PKK və DEAŞ kimi terror təşkilatları olmaqla, istənilən bütün təhdidlərə qarşı ölkə daxilində və ölkədən kənarda mübarizəmiz fasiləsiz davam edəcəkdir” sözlərini dilə gətirdi. 



Әlaqәli Xәbәrlәr