Ərdoğan və Putin arasında ikitərəfli görüş başlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

1259520
Ərdoğan və Putin arasında ikitərəfli görüş başlayıb
erdogan-putin.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

Moskva Jukovski Beynəlxalq Hava Limanındakı görüşün əvvəlində çıxış edən Ərdoğan “MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmos Sərgisinin açılış mərasiminə dəvətinə görə Putinə təşəkkür edib.

Rusiyanın müdafiə sənayesi sahəsindəki istehsalatı görmə imkanı əldə etdiyini bildirən Ərdoğan “Sərnişin təyyarələrindən hərbi təyyarələrə, helikopterlərə, bütün istehsalatda olan mühərriklərə qədər bunlarla tanış oldum və bundan dərin məmnunluq duydum. Qırıcı təyyələrin nümayişini də görmə imkanımız oldu. “Su-34”, “Su-35”, bununla yanaşı “Su-57” bunların görüntülərini birlikdə izlədik” deyə qeyd edib.  

Ərdoğan Putinlə həm təkbətək, həm də ikitərəfli görüş keçirəcəyini və bu  görüşdə regional məsələləri müzakirə edəcəklərini də söyləyib.

 Vladimir Putin də türkiyəli həmkarı ilə iki ölkə arasındakı münasibətləri, iqtisadi əlaqələri və regional mövzuları müzakirə edəcəklərini bildirib.

İki liderin daha sonra ikitərəfli görüşü başlayıb.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr