Ərdoğan "MAKS-2019" sərgisində Rusiya döyüş təyyarələrini və helikopterlərini nəzərdən keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə birgə paytaxt Moskvada təşkil olunan "MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmos Sərgisini gəzdi.

1259372
Ərdoğan "MAKS-2019" sərgisində Rusiya döyüş təyyarələrini və helikopterlərini nəzərdən keçirdi
erdogan-putin.jpg
erdogan-putin.jpg
erdogan-putin.jpg


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük işgüzar səfəri çərçivəsində səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya getdi.
 
 Ərdoğan Jukovski Beynəlxalq Hava Limanında Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar və digər səlahiyyətli şəxslər tərəfindən qarşılandı.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin paytaxt Moskvada təşkil olunan "MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmos Sərgisində iştirak etdilər.

 "MAKS-2019" Beynəlxalq Aviasiya və Kosmos Sərginin Açılış Mərasiminə qatılan Putin və Ərdoğan burada çıxış etdilər.
 

Çıxışlardan sonra Putin ilə birlikdə sərgi sahəsindəki ekspozisiyaları nəzərdən keçiriən Türkiyə prezidenti aralarında Rusiyanın 5-ci nəsil döyüş təyyarəsi SU-57-nin də olduğu təyyarə və helikopterlər haqqında məlumatlandırıldı.
 
 Ərdoğan və Putin sərgi sahəsində təyyarə və helikopterləri nümayiş etdirən şouları da izlədilər.



Әlaqәli Xәbәrlәr