Ərdoğan: "Gələn il Dünya Köçəri Oyunlarının ev sahibi Türkiyə olacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin gələn il Dünya Köçəri Oyunlarının ev sahibi olacağını söylədi.

1258792
Ərdoğan: "Gələn il Dünya Köçəri Oyunlarının ev sahibi Türkiyə olacaq"

 
Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Bitlisin Ahlat rayonunda Malazgirt qələbəsinin 948-ci İldönümü münasibətilə təşkil olunan mərasimdə xalqa müraciət etdi.
 
 Tarixin bir millətin hafizəsi olması ilə bərabər gələcəyinin də mayakı olduğunu vurğulayan Ərdoğan: "Sənət ilə idman, tarix ilə mədəniyyət, memarlıq ilə musiqi bir-birinin tamamlanmasıdır. Tarixi şəhərlərimizə necə sahib oluruqsa, ata-babalarımızdan miras qalan idman növlərimizə də da eyni şəkildə sahib çıxacağıq" dedi.
 
 Ərdoğan ənənəvi idman növlərinin bərpasının mədəniyyətlə olan əlaqənin güclənməsi mənasını daşıdığını söylədi.
 
 Türkiyə prezidenti atalardan qalma idman növlərini cəmiyyətə tanıdacaq bir çox layihənin həyata keçirilməyə başlandığını qeyd edərək: "Oxatanlar Fondumuz və dünya Etnospor Konfederasiyası çox dəyərli işlərə imza atırlar. Növbəti il Dünya Köçəri Oyunlarının ev sahibi Türkiyə olacaq" dedi.



Әlaqәli Xәbәrlәr