Hulusi Akar: Suriyanın şimalında terrorla mübarizə davam edir

Milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında terrorla mübarizənin qətiyyətli şəkildə davam etdiyini bildirdi.

1258788
Hulusi Akar: Suriyanın şimalında terrorla mübarizə davam edir

Milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında terrorla mübarizənin qətiyyətli şəkildə davam etdiyini bildirdi.

Hulusi Akar müşayiətindəki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Ordu komandirlərilə Ərzincan şəhərindəki hərbi birliklərdə tədqiqatlar aparıb, 3-cü ordu komandirliyində təhvil mərasiminə qatılıb.

Akar mərasimdə etdiyi çıxışda terrorla mübarizə çərçivəsində İraqın və Suriyanın şimalında göstərilən ciddi cəhdlərə diqqət çəkib.  

Terrorla mübarizənin ən son terrorçu zərərsizləşdirənədək davam edəcəyini vurğulayan Akar “Ölkəmizin və əsil millətimizin haqqını və hüququnu, suverenliyini və müstəqilliyimizi maraqlandıran mövzular barəsindəki fəaliyyətlərimiz qətiyyətli şəkildə davam edir” deyib.

Akar “Cənab prezidentimiz Ərdoğanın göstərişləri dəqiq və aşkardır. Münasibətilə fəaliyyətlərimizi ölsəm şəhid, qalsam qazi anlayışı ilə indiyədək davam etdirdik, bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Heç kəsin bundan şübhəsi olmasın” ifadələrini işlədib.

Akar “Bununla yanaşı Egey, Şərqi Aralıq dənizləri və Kıbrısda da həm Türkiyə Cümhuriyyəti Dövlətinin, həm də Kıbrıslı qardaşlarımızın haqq və hüququnu qorumaqda qətiyyətliyik” deyə bildirib.



Әlaqәli Xәbәrlәr