PKK-lılarla çıxan qarşıdurmada 3 türk əsgəri şəhid oldu, 7-si yaralandı

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir...

1258061
PKK-lılarla çıxan qarşıdurmada 3 türk əsgəri şəhid oldu, 7-si yaralandı

  İraqın şimalında davam edən “Pəncə-3” hərəkatında bölücü terror təşkilatı PKK-lılarla çıxan qarşıdurmada 3 türk əsgəri şəhid oldu, 7-si yaralandı.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda daha sonra bildirilir:

  “Yaralı əsgərlər xəstəxanaya aparılıb.

  Bölgədə əməliyyatlar davam edir.

  Bizi dərin və ağrılı kədərə bürüyən bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və uca türk millətinə başsağlığı və səbir, yaralanan qəhrəman silah yoldaşlarımıza isə şəfalar diləyərik."



Әlaqәli Xәbәrlәr