"Birləşmiş Müştərək Hərəkat Mərkəzi tam fəaliyyətə başladı", H.Akar

Mövzu ilə bağlı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib...

1257910
"Birləşmiş Müştərək Hərəkat Mərkəzi tam fəaliyyətə başladı", H.Akar

  Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında Suriyanın şimalında etibarlı bölgə yaradılmasına dair çalışmalar üçün Birləşmiş Müştərək Hərəkat Mərkəzi tam fəaliyyətə başladı.

  Mövzu ilə bağlı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

  Baş Qərargah rəisi Yaşar Güler, Quru Qüvvələri komandiri Ümit Dündar və Dəniz Donanması komandiri Adnan Özballa birlikdə İzmirdəki hərbi birliklərə baş çəkən H.Akar buradakı çıxışında deyib:

  “Birləşmiş Müştərək Hərəkat Mərkəzi tam olaraq fəaliyyətə başladı. Birinci mərhələnin ilkin tətbiqatı çərçivəsində ortaq vertolyot uçuşları həyata keçirilib. Bundan başqa, terrorçulara aid yerlərin birgə axtarışına başlanılıb.

  Suriyanın İdlib şəhərindəki müşahidə məntəqələri və oradakı hərbçilərimizə hər hansı bir hücum zamanı da qanuni müdafiə haqqlarımızı sonuna qədər qoruyacağıq.  

  İraqın şimalında davam edən terrorla mübarizə əməliyyatları ilə bağlı da deyə bilərəm ki, "Pəncə 1” hərəkatında 64, “Pəncə-2”də 16 olmaqla son 8 ayda İraqın şimalında 654 terrorçu zərərsizləşdirilib. “Pəncə-3” əməliyyatı da müvəffəqiyyətlə davam edir."



Әlaqәli Xәbәrlәr