Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

Türkiyәnin Mardin şәhәrinin Savur qәsәbәsindә  PKK terror tәşkilatına qarşı xüsusi әmәliyyat keçirilib.

1257623
Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

 

 

Türkiyәnin Mardin şәhәrinin Savur qәsәbәsindә  PKK terror tәşkilatına qarşı xüsusi әmәliyyat keçirilib.

Bu barәdә Türkiyә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda avqustun 22-dә hәyata keçirilәn әmәliyyat nәticәsindә beş terrorçunun zәrәrsizlәşdirildiyi vurğulanıb.

Jandarm qüvvәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı zәrәrsizlәşdirilәn terrorçulardan birinin  tәhlükәli terrorçular siyahısında olduğu qeyd olunub.

Mәlumata görә, әmәliyyat zamanı ‘‘Hebat’’ lәqәbi ilә tanınan tәhlükәli terrorçu  zәrәrsizlәşdirilib. Әsl adı Abdurrәhman Siler olan bu şәxsin adının uzun müddәt tәhlükәli terrorçular siyahısında olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr