Mövlud Çavuşoğlu livanlı hәmkarı ilә birgә mәtbuat konfransı keçirib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Livana etdiyi sәfәr çәrçivәsindә bu ölkәnin XİN rәhbәri Cebran Bassil ilә keçirdiyi görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edib.

1257439

Türkiyәnin Şәrqi Aralıq dәnizindә qazma gәmilәri ilә axtarış  fәaliyyәtlәri  apardığını bildirәn Mövlud Çavuşoğlu qeyd edib ki,  Kıpr Türklərinin hüquqlarını müdafiә etmәk üçün fәaliyyәtlәrimizi davam etdiririk.

Mövlud Çavuşoğlu Şәrqi Aralıq dәnizindә Şimali Kipr Türk Respublikasının vә Kipr Türklәsinin hüquqlarını sonunadәk müdafiә edәcәklәrini ifadә edәrәk vurğulayıb ki, Kipr Türklәrinin  vә Türkiyәnin maraqlarına cavab vermәyәn  heç bir müqavilә bizim üçün rәsmi әhәmiyyәt daşımır.

Suriyalıların ölkәlәrinә geri qayıdmaları ilә bağlı prosesә toxunan Mövlud Çavuşoğlu bu mәsәlәdә narahatlıqlarını dilә gәtirib.

Mövlud Çavuşoğlu Suriyaya geri qayıdanların әsas ehtiyaclarının qarşılanması mәsәlәsindә beynәlxalq ictimaiyyәtin daha hәssas olmasının vacibliyini vurğulayıb.

Çavuşoğlu bildirib ki, bu mәsәlәdә Livan, İordaniya vә İraqla birgә iclas  keçirә bilәrik. Beynәlxalq ictimaiyyәti dә bu iclasa dәvәt edә bilәrik.

Әlaqәli Xәbәrlәr