Afrika ölkәlәrinin Türkiyәdәki sәfirlәri dostluq proqramında görüşüblәr

Afrika ölkәlәrinin Türkiyәdәki sәfirlәri vә diplomatik korpusun nümayәndәlәri Ekvatorial Qvineyanın Ankaradakı sәfiri Moises Mba Nchamanın ev sahibliyindә  tәşkil edilәn dostluq proqramı çәrçivәsindә bir araya gәliblәr.

1257527

Ankaradakı otellәrin birindә keçirilәn proqramda çıxış edәn Moises Mba Nchama bildirib ki, Afrika ailәsinin Türkiyәdәki üzvlәrini bir arada gördüyüm üçün çox şadam.

Ekvatorial Qvineyanın Ankaradakı sәfiri hәmçinin  qeyd edib ki, Afrika qitәsi bütün ölkәlәr üçün böyük fürsәtlәrlә tәqdim edir.

Proqrama Türkiyәnin sabiq Daxili İşlәr naziri vә Vakıfbank İdarә Heyәtinin başçısı Abdülhәmit Aksu da qatılıb.

Qeyd edәk ki, Ekvatorial Qvineyanın Ankaradakı sәfiri Moises Mba Nchama yanvarın 3-dә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğana etimad mәktubunu tәqdim etmişdi.

Әlaqәli Xәbәrlәr