Hulusi Akar ilə Mark Esper arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akar ABŞ-ın müdafiə naziri Mark Esper ilə telefonla danışıb.

1256320
Hulusi Akar ilə Mark Esper arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akar ABŞ-ın müdafiə naziri Mark Esper ilə telefonla danışıb.

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, görüşdə nazir Akar Suriyada Fərat çayının şərqində yaradılması planlaşdırılan təhlükəsiz bölgə ilə əlaqədar Türkiyənin məlum olan düşüncə və gözləntilərini çatdırıb. Ayrıca həmin bölgənin nəzərdə tutulan plandaki əsaslar çərçivəsində vaxt itirmədən qurulmasının vacibliyi vurğulanıb.

Akar ilə Esper təhlükəsiz bölgə yaradılmasına dair planın birinci mərhələsinin avqustun 21-dən etibarən başladılması barədə razılıq əldə ediblər.

Telefon danışığında planın digər mərhələlərini müzakirə etmək məqsədilə hərbi heyətlərin yaxın zamanda, paytaxt Ankarada yenidən bir araya gəlməsi də qərara alınıb.



Әlaqәli Xәbәrlәr