Mövlud Çavuşoğlu Sudanda görüşlәr keçirib

Bu barәdә Mövlud Çavuşoğlı sәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

1253912
Mövlud Çavuşoğlu Sudanda görüşlәr keçirib

 

Sudanda sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bu ölkәnin Müvәqqәti Keçid Şurasının rәhbәri, ordu generalı Abdulfәttah әl-Burhanla görüşüb.

Mәlumata görә, görüş Prezident İqamәtgahında baş tutub vә mәtbuata qapalı keçirilib.

Bu barәdә Mövlud Çavuşoğlı sәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

‘‘Sudanda tәhlükәsizlik vә sabitliyin tәmin olunması üçün Sudan hökumәtinә vә sudanlı qardaşlarımıza dәstәk vermәyә davam edәcәyik’’,-deyә Mövlud Çavuşoğlu vurğulayıb

Nazir Mövlud Çavuşoğlu hәmçinin Sudan xarici işlәr nazirinin müavini Ömәr Deheb Fadl Mәhәmmәd ilә dә bir araya gәlib. Әldә olunan siyasi razılaşma münasibәtilә Mәhәmmәdi tәbrik edәn Mövlud Çavuşoğlu formalaşacaq yeni hökumәtlә әmәkdaşlığa dair әldә olunacaq  layihәlәri irәlilәtmәyә hazır olduqlarını, dost vә qardaş Sudan xalqı ilә hәmrәyliyi hәr zaman davam edәcәyini vurğulayıb.

Çavuşoğlu daha sonra Türkiyәli biznesmenlәr vә qeyri-hökumәt tәşkilatlarının nümayәndәlәri ilә görüşüb. Görüş Türkiyәnin Sudandakı sәfirliyindә baş tutub.



Әlaqәli Xәbәrlәr