Türkiyə Yəməndə yaşanan silahlı qarşıdurmalara görə narahat olduğunu bildirdi

Türkiyə Yəmənin Aden şəhərində son günlərdə yaşanan silahlı qarşıdurmalara görə narahat olduğunu bildirdi.

1251494
Türkiyə Yəməndə yaşanan silahlı qarşıdurmalara görə narahat olduğunu bildirdi

Türkiyə Yəmənin Aden şəhərində son günlərdə yaşanan silahlı qarşıdurmalara görə narahat olduğunu bildirdi.

Türkiyə Xarici İşlər Nazirliyi Yəməndəki silahlı qarşıdurmalarla bağlı yazılı açıqlama yaydı.

Açıqlamada deyilir: "Yəmənli qardaşlarımızın çoxunun ölümünə və yaralanmasına səbəb olan Yəmənin Aden bölgəsindəki son silahlı qarşıdurmaya görə çox narahatıq".

Açıqlamada sülh, dostluq və həmrəylik hisslərinin hökm sürdüyü müqəddəs Qurban bayramı günlərində qarşıdurmaların davam etməsinin təəssüf doğurduğu ifadə edilir.

"Yəməndəki bütün tərəfləri ölkədəki siyasi və humanitar böhranı daha da dərinləşdirərcək addımlardan çəkinməyə və problemlərin dialoq yolu ilə həllini tapmağa çağırırıq" deyilən açıqlamada Türkiyənin,Yəməndə təhlükəsizlik və sabitliyin təmin edilməsi, ölkənin birlik və bütövlüyünün mühafizəsi məqsədi ilə həyata keçirilən beynəlxalq səylərə verdiyi dəstəyin davam edəcəyi vurğulanır.

Xatırladaq ki, Yəməndə Cənubi Keçid Şurasının  hərbi bölmələri ölkənin iqtisadi paytaxtı olan Ədən şəhərində prezident sarayını ələ keçiriblər.

Yəmən XİN rəhbərinin müavini Məhəmməd əl-Xadrami Adendə baş verən insidenti çevriliş adlandırıb.



Әlaqәli Xәbәrlәr