Ərdoğan ölkə liderlərini Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə Azərbaycan, Qətər, Özbəkistan, İran, Pakistan, Səudiyyə Ərəbistanı və Küveyt liderləri ilə telefonla görüşdü.

1251484
Ərdoğan ölkə liderlərini Qurban bayramı münasibətilə təbrik etdi

 

Türkiyə Prezident Aparatından alınan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə ötən gün bir sıra telefon danışıqları həyata keçirib.

Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, Özbəkistan prezidenti Savkat Mirziyoyev, İran prezidenti Həsən Ruhani, Pakistanın baş naziri İmran Xan və Küveyt Əmiri Şeyx Sabah arasında telefon danışığı olub.

Telefon görüşlərində prezident Ərdoğan ölkə liderləri ilə qarşılıqlı olaraq bayramlaşıb.



Әlaqәli Xәbәrlәr