THY-nin "xəyal təyyarəsi" ilk uçuşunu həyata keçirdi

Türk Hava Yollarının yeni "Boeing 787-9 Dreamliner" sərnişin təyyarəsi ilk dəfə İstanbul-Vaşinqton reysini həyata keçirdi.

1250556
THY-nin "xəyal təyyarəsi" ilk uçuşunu həyata keçirdi

Türk Hava Yollarının yeni "Boeing 787-9 Dreamliner" sərnişin təyyarəsi ilk dəfə İstanbul-Vaşinqton reysini həyata keçirdi.

 Türk Hava Yollarının filateliyasına bu yaxınlarda qoşulan "xəyal təyyarəsi" "Boeing 787-9 Dreamliner" İstanbul Hava Limanından aldığı ilk sərnişinlərini "Washington Dulles"  beynəlxalq hava limanına endirdi.

Təyyarə ilk enişini hava limanında alqışlarla həyata keçirdi və uçuş - enmə zolağında yanğınsöndürən maşınların "su fışqırması" mərasimi ilə qarşılandı.

Türk Hava Yollarının rəsmiləri İstanbuldan gələn ilk "787-9 Dreamliner"in Vaşinqtondan göyərtəsinə alacağı sərnişinlərlə yenə İstanbula dönəcəyini bildirdilər.

THY-nin keçən il sifariş etdiyi 30 ədəd "Boeing 787-9 Dreamliner" təyyarəsinin üçüncüsü iyulun sonunda filateliyaya əlavə edilmişdi.

 Şəhid Eren Bülbülün xatirəsinə "Maçka" adı verilən təyyarə  ilk daxili uçuşunu 8 iyul tarixində Trabzona, ilk beynəlxalq uçuşunu isə 17 iyul tarixində İstanbuldan Balinin paytaxtı Denpasara etmişdi.



Әlaqәli Xәbәrlәr