Mövlud Çavuşoğlu Suriya mәsәlәsi ilә bağlı açıqlama verdi

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Ankaradakı otellәrin birindә keçirilәn  XI Sәfirlәr Konfransı çәrçivәsindә mәtbuat konfransı tәşkil edib.

1250274
Mövlud Çavuşoğlu Suriya mәsәlәsi ilә bağlı açıqlama verdi

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Ankaradakı otellәrin birindә keçirilәn  XI Sәfirlәr Konfransı çәrçivәsindә mәtbuat konfransı tәşkil edib.

Mövlud Çavuşoğlu Turiyә, Rusiya vә İran liderlәrinin iştirakı ilә keçirilmәsi planlaşdırılan  Suriya ilә bağlı üçtәrәfli zirvә görüşü ilә әlaqәdar  sualı cavablandıraraq zirvә görüşünün sentyabrın 11 Türkiyәnin ev sahibliyindә keçirilmәsinin nәzәrdә tutulduğunu deyib.

‘‘Astana prosesi ilә başlayan bu әmәkdaşlığımızın çox faydasını gördük’’ deyәn Mövlud Çavuşoğlu  hәm meydançada, hәm dә masanın  arxasında qarşıdurmaların dayandırılmasının vacibliyini vurğulayırıq.

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyә rejim qüvvәlәrinin İdlibә endirdiyi zәrbәlәrinin  qrşısının alıması üçün әlindәn gәlәni edib.

Üçtәrәfli zirvәnin әhәmiyyәtindәn danışan Mövlud Çavuşoğlu deyib: ‘‘Konstitusiya Komissiyasının qurulması ilә bağlı son mәrhәlәyә gәlindiyini söylәmişdim. Hazırda bir adla bağlı etirazımız oldu. Onun dәyişdirilmәsi üçün Rusiya lazımi addımları atır. Qarşıdakı prosesdә  Rusiya, Türkiyә vә İranın xarici işlәr nazirlәri olaraq bir araya gәlib bunu açıqlamaq istәyirik.’’.

Konstitusiya Komissiyası qurulduqdan sonra Türkiyә, Rusiya, Almaniya vә Fransa  arasında dördtәrәfli zirvә görüşünün keçirilmәsi üçün Yaponiyada baş tutan G20 sammitindә razılaşmanın әldә olunduğunu bildirәn Mövlud Çavuşoğlu deyib: ‘‘Cәnab prezidentimiz hәm Rusiya prezidenti Vladimir Putinlә, hәm Fransa prezidenti Emmanuel Makronla, hәm dә Almaniya kansleri Angela Merkel ilә görüşlәr keçirdi. Bu görüşlәr çәrçivәsindә üçtәrәfli zirvә görüşündәn sonra dördtәrәfli zirvәnin keçirilmәsini planlaşdıracağıq’’.



Әlaqәli Xәbәrlәr