Türkiyə və ABŞ arasında təhlükəsiz bölgə ilə bağlı razılıq əldə olundu

“Təhlükəsiz bölgə” ilə əlaqədar ABŞ-ın hərbi nümayəndə heyətlərilə keçirilən görüşlərdə Türkiyədə Ortaq Hərəkət Mərkəzinin yaxın zamanda yaradılması barədə razılıq əldə olundu.

1249599
Türkiyə və ABŞ arasında təhlükəsiz bölgə ilə bağlı razılıq əldə olundu

Suriyanın şimalında ABŞ ilə koordinasiyalı şəkildə yaradılması planlaşdırılan “təhlükəsiz bölgə” ilə əlaqədar ABŞ-ın hərbi nümayəndə heyətləri arasında keçirilən görüşlərdə Türkiyədə Ortaq Hərəkət Mərkəzinin yaxın zamanda yaradılması barədə razılıq əldə olundu.

Milli Müdafiə Nazirliyinin bununla bağlı açıqlamasına görə, Suriyanın şimalında ABŞ ilə koordinasiyalı şəkildə yaradılması planlaşdırılan təhlükəsiz bölgə ilə əlaqədar ABŞ-ın hərbi nümayəndə heyətlərlə Milli Müdafiə Nazirliyində 5-7 avqust tarixlərində keçirilən görüşlər yekunlaşdı.

Görüşlərdə Türkiyənin təhlükəsizliklə bağlı narahatlığına son qoyacaq tədbirlərin təcili olaraq həyata keçirilməsi, bu çərçivədə təhlükəsiz bölgənin yaradılmasının ABŞ ilə koordinasiyalı şəkildə və nəzarəti üçün Türkiyədə Ortaq Hərəkət Mərkəzinin yaxın zamanda yaradılması barədə razılıq əldə olundu.

Türkiyə və ABŞ-ın hərbi nümayəndə heyətləri tərəfindən təhlükəsiz bölgənin bir “sülh dəhlizi” olması və ev-eşiyindən edilmiş suriyalıların ölkələrinə qayıtmaları üçün istənilən əlavə tədbirin görülməsi mövzusunda da razılaşıldı.



Әlaqәli Xәbәrlәr