Hulusi Akar: "Türkiyə və ABŞ hərbi nümayəndə heyətləri arasındakı danışıqlar konstruktiv keçir"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə və ABŞ-ın hərbi nümayəndə heyətləri arasında aparılan danışıqların müsbət  və konstruktiv keçdiyini bildirdi.

1249445
Hulusi Akar: "Türkiyə və ABŞ hərbi nümayəndə heyətləri arasındakı danışıqlar  konstruktiv keçir"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırdı.

Akar Milli Müdafiə Nazirliyində Türkiyə və ABŞ nümayəndə heyətləri ilə aparılan danışıqlar barədə verilən sualı cavablandırarkən bunları bildirdi: "Hərbi heyətlər arasında danışıqlar avqustun 5-də başladı və indi də davam edir. Bu danışıqlar zamanı  bütün fikir və istəklərimiz tərəf-müqabillərimizə çatdırıldı. Bu çərçivədə terror təşkilatları DEAŞ və YPG ilə mübarizə etdiyimizi,  bu mübarizənin hələ də davam etməkdə olduğunu bildirdik. ABŞ ilə birlikdə Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq istəyimizi dilə gətirdik. Bizə görə bu bölgə 30-40 kilometrlik məsafəni əhatə etməlidir, bölgədəki YPG üzvləri tamamilə buradan çıxarılmalı, YPG-nin əlindəki ağır silahlar toplanmalı, terrorçular tərəfindən inşa edilən bir çox tunel, istehkam və mövqelər məhv edilməlidir. Bütün bunları Türkiyə və ABŞ hərbçiləri birlikdə həyata keçirməlidirlər. Bütün tələb və istəklərimizi açıq və dəqiq şəkildə ortaya qoyduq. Biz amerikan dostlarımızın müttəfiqlik və strateji tərəfdaşlıq ruhuna uyğun şəkildə hərəkət etməslərini gözləyirik. Onlardan silah-sursat da daxil olmaqla, YPG üzvlərinə verdikləri dəstəyi dayandırmalarını gözləyirik" dedi.

Milli müdafiə naziri Türkiyənin cənubunda terror dəhlizinə icazə verməyəcəklərini vurğulayaraq: "Görüşlərdə tərəf-müqabillərimizin fikirlərimizə müsbət yanaşdıqlarını məmnuniyyətlə qarşıladıq. Görüşlərin konstruktiv keçdiyini söyləsək, yanılmarıq" ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr