Türkiyə Cammu Kəşmir məsələsilə bağlı narahatlığını dilə gətirdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə...

1248369
Türkiyə Cammu Kəşmir məsələsilə bağlı narahatlığını dilə gətirdi

  Türkiyə Hindistan konstitusiyasında Cammu Kəşmirə muxtariyyət statusu verən 370-ci maddənin ləğvinin bölgədə mövcud gərginliyi artırmasından narahatlıq duyduğunu bildirdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə, Türkiyə problemin dialoq və Birləşmiş Millətlər Təşkilatı qərarları çərçivəsində bütün Cammu Kəşmir xalqı ilə Pakistan və Hindistanın qanuni mənfəətləri güdülərək həllə qovuşdurulmasını arzulayır. Şərhdə bildirilir: "Tərəflər istəyərsə, Türkiyə bölgədə gərginliyin azaldılması üçün töhfə verməyə hazırdır."

  Qeyd edək ki, Hindistan yarım əsrdən çoxdur Cammu Kəşmirə imtiyaz verən konstitusiyanın 370-ci maddəsini ləğv edərək bölgənin xüsusi statusunu ortadan qaldırdı. Cammu Kəşmiri iki birlik torpağına ayıran "Cammu və Kəşmirin yenidən qurulması təklifi" federal parlamentin üst qanadı Əyalətlər Məclisi (Rajya Sabhada) 61 "əleyhinə" səsinə qarşı 125 "lehinə" səsilə qəbul edilib.



Әlaqәli Xәbәrlәr