Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara 127 milyon avro ayırdı

Avropa Komissiyası "Aİ-nin Türkiyədəki Qaçqınlar üçün Mexanizmi" çərçivəsində Türkiyədəki suriyalı qaçqınlara 127 milyon avro ayırıb.

1248954

Bununla bağlı verilən açıqlamaya görə, bu vəsaitlə təşkilatın “Sosial Uyğunlaşla Yardımı” proqramına verdiyi ümumi maddi dəstək 1.25 milyard avroya çatıb.

Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə kommisarı Kristos Stilianidis bildirib ki, Aİ Türkiyə və qaçqınlarla bağlı öhdəliklərini yerinə yetirir. Aİ komissarı qeyd edib ki, yeni maliyyə dəstəyi 1.6 milyon suriyalı qaçqın üçün nəzərdə tutulub.

Qeyd edək ki “Sosial Uyğunlaşma Yardımı” proqramı çərçivəsində suriyalı qaçqınlara xüsusi debit kartlar verilib və bu kartlar vasitəsilə onlar hər ay maddi yardım alırlar. Sözügedən kartlar yalnız Türkiyə daxilində istifadə oluna bilər və istifadəçilərə ciddi nəzarət olunur.

Aİ 29 noyabr 2015-ci ildə keçirilə Türkiyə-Aİ zirvə yığıncağında Türkiyədəki suriyalılar üçün 3 milyard avroluq fond təmin etməyi vəd etmişdi. 

Әlaqәli Xәbәrlәr