Türkiyə Sudanda qəbul edilən qərarla bağlı açıqlama verdi

Türkiyə Sudanda Hərbi Keçid Şurası ilə mülki koalisiya arasında birgə keçid rəhbərliyi başladacaq konstitusiya bəyannaməsi imzalamasından məmnunluğunu bildirdi.

1247727

Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında qeyd edilib ki, Sudanda keçid dövrünün çərçivəsini planlaşdıran və sabitliyin təmin olunmasına imkan yaradacaq Konstitusuya bəyannaməsinin imzalanmasından məmnunluq duyuldu. Bundan sonrakı mərhələdə xalqın istəklərini həyata keçirəcək əhatəli bir mülki hökumətin qurulmasını və dost Sudanın təcili sabitliyə qovuşmasını arzu edirik.

Qeyd edək ki, Sudanda Hərbi Keçid Şurası ilə mülki müxalifət koalisiyası Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələri arasında ölkədəki siyasi böhrana son qoyacaq və birgə keçid rəhbərliyini başladacaq konstitusiya bəyannaməsinin ön sazişi dünən imzalandı.

Bəyannamənin yekun müqaviləsinin 17 avqust tarixində imzalanacağı bildirildi.

Ölkədəki tərəflər 17 iyulda da 39 aylıq müqəvvəti birgə hakimiyyəti əhatə edən siyasi bildirişi imzalamışdı.

Әlaqәli Xәbәrlәr