Mövlud Çavuşoğlu: "ABŞ terror təşkilatı PKK/YPG ilə əlaqəsinə son qoymalıdır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın terror təşkilatı PKK/YPG ilə əlaqəsinə son qoymasının vacibliyini vurğuladı.

1248097
Mövlud Çavuşoğlu: "ABŞ terror təşkilatı PKK/YPG ilə əlaqəsinə son qoymalıdır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın terror təşkilatı PKK/YPG ilə əlaqəsinə son qoymasının vacibliyini vurğuladı.

Çavuşoğlu bunu Türkiyənin xaricdəki səfirlərinin XI konfransındakı çıxışı zamanı söylədi.

Çavuşoğlu bildirdi ki, ABŞ-ilə əlaqələrdə yaşanan çətinlikləri, dostluq və müttəfiqlik hüququ çərçivəsində, tolerantlık və səmimi cəhdlərlə həll etmək, nəzər ziddiyyətlərini azaltmaq, qarşılıqlı maraqlar və suverenlik qərarlarına hörmət çərçivəsində davam etdirmək istəyirik.

Bu çərçivədə Türkiyənin təhlükəsizliyinə birbaşa təhdid olan mövzularda ABŞ-ın konkret addımlar atmasının vacibliyini vurğulayan Çavuşoğlu dedi:

“ABŞ Suriyada PKK/YPG ilə əlaqələrinə son qoymalıdır və FETÖ (Fətullahçı terror təşkilatı) təşkilatlanmasına istiqamətli təhvil vermə tələblərinə müsbət cavab verməsini gözləyirik. Türkiyə tərəfdaşlarından terrorla mübarizə sahəsində də dəstək gözləyir.

Şərqi Aralıq dənizindəki karbohidrogen axtarma fəaliyyətlərinə də toxunan Mövlud Çavuşoğlu bölgədə Türkiyənin və Kıbrıs Türklərinin qanuni haqq və maraqlarını diqqətdə saxlamayan addımların uğurlu olmasına icazə verməyəcəklərini bildirərək, “İstədiyimiz sərvətlərin ədalətli şəkildə bölüşülməsi, Kıbrıs Türk tərəfinin təqdim etdiyi quruluşcu təkliflər təqdir edilməlidir. Kıbrıs Türk xalqının haqlarını müdafiə etməkdə davam edəcəyik. Şərqi Aralıq dənizində Avropa İttifaqı məhkəmə kimi hərəkət edə  bilməz. Kıbrıs milli məsələmizdir. Bu bölgə ilə maraqlanan hər kəsə sözümüz birdir. Bizimlə əməkdaşlıq zəminində bir araya gəlin, hər kəs qazansın”.

Türkiyənin nəyin bahasına olarsa olsun Fələstin məsələsini də müdafiə etməyə davam edəcəyini vurğulayan Çavuşoğlu İraq və Suriyada dinclik olmadan Orta Şərqdə balansın qurula bilməyəcəyini söylədi.

Çavuşoğlu Suriya İdlibdə yaşanacaq bir humanitar faciənin 2015-ci ildəkindən daha ciddi olacağı barədə hər kəsə xəbərdarlıq etdi.

Asiyanın fərqililiklərini nəzərdə tutan, ancaq bölgəyə bütöv baxa bilən yeni siyasət yürütməyin vaxtının gəlib çatdığını bildirən Çavuşoğlu “’Yenidən Asiya’ adlandırdığımız yeni addımı buradan elan edirik. Məqsədimiz bir istiqamət seçimi deyil. Asiya və Avropanı birləşdirən Türkiyə üz tutulacaq yerin düz özüdür” dedi.



Әlaqәli Xәbәrlәr