Türkiyә Әdәndә törәdilәn hücumu qınadı

Türkiyә Yәmәnin müvәqqәti paytaxtı Әdәndә tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn  hücumu qınayıb.

1246836
Türkiyә Әdәndә törәdilәn hücumu qınadı

 

 

 

Türkiyә Yәmәnin müvәqqәti paytaxtı Әdәndә tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn  hücumu qınayıb.

Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Yәmәnin müvәqqәti paytaxtı Әdәndә tәhlükәsizlik qüvvәlәrinә tәşkil edilәn hücum nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirib. Bu xain hücumu qınayır, hücum nәticәsindә hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa dilәyirik. Yәmәn  xalqına vә hökumәtinә dәrin hüznlә başsağlığı veririk.’’

Açıqlamada Yәmәndәki böhranın siyasi yolla hәll edilmәsinin vә tәrәflәr arasındakı qarşıdurmaların әn qısa zamanda dayandırılmasının vacibliyi qeyd olunub.

Qeyd edәk ki, Husilәrin dünәn sabah saatlarında Yәmәnin müvәqqәti paytaxtı Әdәndәki Әl-Cela qәrargahına vә Polis İdarәsinә  tәşkil etdiyi hücumlar nәticәsindә 10-u әsgәr olmaqla 49 nәfәr hәlak olmuşdu, 2-si ağır olmaqla 16 nәfәr dә xәsarәt almışdı.



Әlaqәli Xәbәrlәr