Türkiyәdә iyul ayında 165 terrorçu zәrәrsizlәşdirilib

Bu barәdә daxili işlәr nazirinin müavini İsmail Çataklı mәlumat verib.

1246827
Türkiyәdә iyul ayında 165 terrorçu zәrәrsizlәşdirilib

 

Türkiyәdә iyul ayında keçirilәn antiterror әmәliyyatlar nәticәsindә 165 terrorçu zәrәrsizlәşdirilib.

Bu barәdә daxili işlәr nazirinin müavini İsmail Çataklı mәlumat verib. İsmail Çataklı bildirib ki, iyul ayında 13 minәdәk әmәliyyat keçirilib.

Daxili işlәr nazirinin müavini Çataklı  hәyata keçirilәn әmәliyyatlar nәticәsindә  ‘‘mavi’’, ‘‘narıncı’’ vә ‘‘boz’’ kateqoriyalardakı 165 terrorçunun zәrәrsizlәşdirildiyini vurğulayıb.

İsmail Çataklı hәmçinin terror tәşkilatlarına yardım edәn üç minәdәk adamın da nәzarәt altına alındığını bildirib.



Әlaqәli Xәbәrlәr