Süleyman Soylu qeyri-qanuni miqrantlarla bağlı açıqlama verdi

Süleyman  Soylu müxtəlif  media orqanlarının Ankaradakı  nümayəndələri ilә görüşüb.

1247081
Süleyman Soylu qeyri-qanuni miqrantlarla bağlı açıqlama verdi

 

 

Türkiyәnin daxili işlər naziri Süleyman Soylu  bu ilin iyul ayınadәk  177 min 654 qeyri-qanuni miqrantın saxlanıldığını  bildirib.

Süleyman  Soylu müxtəlif  media orqanlarının Ankaradakı  nümayəndələri ilә görüşüb.

"Güclü  miqrasiya dalğası ilə üzlәşsәk dә, bunu  idarə  edә bilәcәk gücә malikik’’,-deyә Süleyman Soylu vurğulayıb.

Türkiyədə müvəqqəti qoruma statusuna malik 3 milyon 639 min 284 suriyalı miqrantın  olduğuna diqqəti çəkən Soylu  Türkiyәnin ümumilikdə qәbul etdiyi qaçqın sayının  isә 5,7 milyon olduğunu bildirib.

Süleyman Soylu bildirib ki, Türkiyәdәki miqrantların tәxminәn 70 %-i  Suriyada şərtlər normallaşanda ölkələrinə geri qayıdmaq istәyir.

Soylu hәmçinin qeyd edib ki,  indiyәdәk  uşaqlar da daxil olmaqla 92 min 280 suriyalıya vətəndaşlıq verilib.

Nizamsız miqrasiya ilә  mübarizə apardıqlarına diqqəti çəkən Süleyman  Soylu hәr gün tәxminәn 2 min miqrantın saxlanıldığını vurğulayıb.

Türkiyәnin daxili işlәr naziri qeyri-qanuni miqrantların Türkiyəni  tranzit ölkә kimi istifadə etmәmәlәri üçün tәdbirlәr gördüklәrini bildirib.  



Әlaqәli Xәbәrlәr