Türkiyə Suriya ilə sərhəddə “sülh dəhlizi” yaratmaq üçün lazımi tədbirləri görəcək

Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Suriya ilə olan sərhəddə “sülh dəhlizi” yaradılması üçün istənilən səylərin göstəriləcəyini açıqladı.

1245156
Türkiyə Suriya ilə sərhəddə “sülh dəhlizi” yaratmaq üçün lazımi tədbirləri görəcək

Milli Təhlükəsizlik Şurası (MTŞ) Suriya ilə olan sərhəddə “sülh dəhlizi” yaradılması üçün istənilən səylərin göstəriləcəyini açıqladı.

Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünən toplantı keçirdi.

Toplantıdan sonra açıqlanan 5 maddəlik yekun bəyanatda Suriya sərhədində təşkil edilməsi planlaşdırılan və “Sülh dəhlizi” kimi adlandırılan təhlükəsizlik koridorunun yaradılması üçün lazım olan addımların atılacağına dair qətiyyətlilik vurğulandı.

Bəyanatda həmçinin bildirildi ki, toplantıda ümumilikdə Türkiyənin daxili və xarici təhlükəsizliyindən bəhs edildi.

Suriya mövzusu və PKK/PYD-YPG, DEAŞ, FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə tədbirləri, uşaqların zorla terror təşkilatlarına cəlb edilməsi, bəzi terrorçuları dəstəkləyən qlobal təşkilatlara, o cümlədən onların  İnterpola yaratdığı problemlər, Türkiyənin strateji tərəfdaşlıq, müdafiə və təhlükəsizlik istiqamətindəki addımları və gözləntiləri müzakirə edildi. 

Toplantıda həmçinin NATO müdafiəsinə dair müqavilə şərtlərinə Türkiyə tərəfinin riayət etməsi, qarşı tərəfdən eyni davranışın gözlənməsi, Şərqi Aralıq dənizinə dair hüquqlar, Şimali Kıbrıs Türk Cümhuriyyətinin hüquq və mənfəətləri, sülh və sabitliyin qorunması üçün görülən tədbirlərə dair məsələlərə də toxunuldu. 



Әlaqәli Xәbәrlәr