Türkiyə Əfqanıstanda törədilən terror aktını qınadı

Türkiyə, Əfqanıstandakı sərnişin avtobusuna edilən və 32 adamın ölümü ilə nəticələnən bombalı hücumu pislədi. Ölkə xalqına başsağlığı verdiyini bildirdi.

1245559
Türkiyə Əfqanıstanda törədilən terror aktını qınadı

Xarici İşlər Nazirliyindən yayılan yazılı açıqlamada Türkiyənin Əfqanıstanın Herat vilayətində bir sərnişin avtobusuna edilən hücumun çox sayda insanın ölümü və yaralanması ilə nəticələnməsindən dirin kədər duyduğu vurğulandı.

Əfqanıstanda seçki kampaniyasının başladığı və sülh prosesinə dair addımların atıldığı bir dövrdə belə terror aktlarının törədilməsinin narahatlıq yaratdığı ifadə edələn bəyanatda: “ Hücumu qınayırıq, həyatını itirənlərə Allahdan rəhmət, dost Əfqan hökumətinə və qardaş Əfqan xalqına başsağlığı verir, yaralılara təcili şəfa arzulayırıq”.

Qeyd edək ki, sərnişin avtobusuna təşkil edilən hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

 

 



Әlaqәli Xәbәrlәr