Ali Hәrbi Şuranın yığıncağı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәcәk

Ali  Hərbi Şuranın yığıncağı  Türkiyә prezident Rəcəb Tayyib Ərdoğanın  sәdrliyi ilә keçirilәcәk.

1245608
Ali Hәrbi Şuranın yığıncağı Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәcәk

 

Ali  Hərbi Şuranın yığıncağı  Türkiyә prezident Rəcəb Tayyib Ərdoğanın  sәdrliyi ilә keçirilәcәk.

Prezident İqamәtgahında keçirilәcәk yığıncaqda Türkiyә Silahlı Qüvvәlәrindә işlәyәn hәrbçilәrin  vәzifәlәrinin  artırılması vә yeni tәyinatlar ilә bağlı dosyelәrin  müzakirә olunacağı bildirilir.

Yığıncaqda Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay, milli müdafiә naziri Hulusi Akar, әdliyyә naziri Әbdülhәmid Gül, daxili işlәr naziri Süleyman Soylu, xәzinә vә maliyyә naziri Berat Albayrak, milli tәhsil naziri Ziya Sәlçuq, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, general Yaşar Gülәr, Türkiyә Quru Qosunları komandanı, ordu generalı Ümit Dündar, Türkiyә Hәrbi Dәniz Qüvvәlәri komandanı, admiral Adnan Özbal vә Türkiyә Hәrbi Hava Qüvvәlәrinin komandanı, ordu generalı Hәsәn Küçükakyüz dә iştirak edәcәklәr.

Şura üzvlәri yığıncaqdan әvvәl Rәcәb Tayyib Әrdoğanın rәhbәrliyi ilә Anıtqәbiri ziyarәt edәcәklәr.

Yığıncaqda polkovniklәrin vәzifәlәrinin artırılması, vәzifә müddәtlәrinin uzadılması ilә yanaşı, generalların vәzifәlәrinin artırılması vә tәyinaltarı ilә bağlı mәsәlәlәr müzakirә olunacaq.

Yığıncaqdan sonra Rәcәb Tayyib Әrdoğan Ali  Hәrbi Şuranın üzvlәrinin şәrәfinә ziyafәt verәcәk.

Yığıncaqda qәbul olunan qәrarlar Әrdoğan tәrәfindәn imzalandıqdan sonra hәyata keçirilәcәk.



Әlaqәli Xәbәrlәr